Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda gözün buynuz qişası bankı yaradılmalıdır və bu məsələ diqqətdə saxlanılmalıdır.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında deyib.
Ə.Əmiraslanov bildirib ki, buynuz qişası bankının yaradılmasının ən böyük ağırlığı Oftalmologiya Mərkəzinin üzərinə düşür.
Ə.Əmiraslanov bildirib ki, hazırda gözün buynuz qişası üçün materialların ölkəyə gətirilməsi qanunla qadağandır: “Yeni dəyişikliklərlə biz bu transplantın ölkəyə gətirilməsinə icazə veririk. Lakin kim istəsə, onu gətirə bilməz. Onun müvafiq icra orqanlarının, yəqin ki, Səhiyyə Nazirliyinin icazəsindən sonra ölkəyə gətirilməsi mümkün olacaq”.