...

Praqada Ermənistan səfirliyi önündə etiraz aksiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 15 İyul 2017 21:18 (UTC +04:00)
İyulun 14-də Çexiyada fəaliyyət göstərən “Azərbaycan Tələbə Şəbəkəsi” təşkilatı tərəfindən 4 iyul 2017-ci il tarixində cəbhə xəttində Azərbaycanın mülki sakinlərinin ölümü ilə nəticələnən erməni silahlı qüvvələrinin cinayət əməllərinə etiraz olaraq, Praqa şəhərində yerləşən Ermənistanın Çexiyadakı Səfirliyinin qarşısında aksiya keçirilib
Praqada Ermənistan səfirliyi önündə etiraz aksiyası keçirilib (FOTO)

Bakı. Trend:

İyulun 14-də Çexiyada fəaliyyət göstərən “Azərbaycan Tələbə Şəbəkəsi” təşkilatı tərəfindən 4 iyul 2017-ci il tarixində cəbhə xəttində Azərbaycanın mülki sakinlərinin ölümü ilə nəticələnən erməni silahlı qüvvələrinin cinayət əməllərinə etiraz olaraq, Praqa şəhərində yerləşən Ermənistanın Çexiyadakı Səfirliyinin qarşısında aksiya keçirilib.

Çexiyanın yerli hüquq-muhafizə orqanları tərəfindən sözügedən aksiya ilə əlaqədar, Çexiyadakı Ermənistan səfirliyini öncədən məlumatlandırılması səbəbindən, qarşı tərəf buna hazırlıqlı olub, azərbaycanlılar tərəfindən keçirilən etiraz aksiyası zamanı Ermənistan Səfirliyi də öz ərazisində təxribat xarakterli nümayişlər edibdir.

Bu təxtibat azərbaycanlılar tərəfindən qəti pislənərək, ona etiraz edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti