...

Sabah da hava küləkli olacaq

Cəmiyyət Materials 24 İyul 2017 12:46 (UTC +04:00)
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Sabah da hava küləkli olacaq

Bakı. Trend:

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 20-24° isti, gündüz 30-35° isti olacağı gözlənilir. Bakıda gecə 20-24° isti, gündüz 30-35° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

İyulun 27-dək Abşeron yarımadasında arabir güclənən davamlı xəzri küləyi meteohəssas insanlar üçün müsbət amildir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 13-18° isti, gündüz 22-27° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti