...

Kazan-Bakı reysində ikinci pilota süni problem yaradıldı

Cəmiyyət Materials 28 İyul 2017 15:38 (UTC +04:00)
İyulun 28-ə keçən gecə Kazan-Bakı reysində problem yaşanıb.
Kazan-Bakı reysində ikinci pilota süni problem yaradıldı
Bakı. Elçin Mehdiyev - Trend:

İyulun 28-ə keçən gecə Kazan-Bakı reysində problem yaşanıb. Kazandan Bakıya uçan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsi Kazan hava limanından qalxarkən ikinci pilotun üzərinə lazer işığı salınması ilə bağlı Trend-ə açıqlama verən AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski xəbəri təsdiqləyib.

P.Kəsəmənski bildirib ki, təyyarə uçuş-enmə zolağında havaya qalxmağa hazırlaşarkən naməlum şəxs tərəfindən ikinci pilotun gözünə lazer işığı salınıb. Onun sözlərinə görə, təyyarə ekipajı tərəfindən hadisə ilə bağlı dərhal dispetçer məntəqəsinə xəbər verilib: "Təyyarə problemsiz uçuş həyata keçirərək Bakıda hava limanına eniş edib".

Mətbuat katibi qeyd edib ki, təyyarədə 166 sərnişin və 9 ekipaj üzvü olub, heç kim xəsarət almayıb.

Xəbər lenti

Xəbər lenti