...

QMİ sədri: Özünü demokratiya beşiyi adlandıran Avropa miqrantlar qarşısında sədd çəkir

Cəmiyyət Materials 21 Dekabr 2017 17:57 (UTC +04:00)
Bəzi siyasətçilər elə qərarlar verirlər ki, biz dindarlar məcbur oluruq ki, hadisələri öz məcrasına qaytarmaq üçün fəaliyyət göstərək.
QMİ sədri: Özünü demokratiya beşiyi adlandıran Avropa miqrantlar qarşısında sədd çəkir

Bakı. Elçin Mehdiyev - Trend:

Bəzi siyasətçilər elə qərarlar verirlər ki, biz dindarlar məcbur oluruq ki, hadisələri öz məcrasına qaytarmaq üçün fəaliyyət göstərək.

Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Bakıda keçirilən “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

A.Paşazadə Qüdsdə, Suriyada baş verən hadisələrdən danışıb və bildirib ki, özünü demokratiya beşiyi adlandıran Avropa miqrantlar qarşısında sədd çəkir.

A.Paşazadə qeyd edib ki, bu cür konfransların keçirilməsi bütün dinlər üçün vacibdir, çünki heç bir din müharibə istəmir, sülh istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti