...

Dövlət İmtahan Mərkəzi 1145 vəzifəyə qəbul üçün müsahibə elan etdi

Cəmiyyət Materials 11 Yanvar 2018 16:02 (UTC +04:00)
İnzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan icraçı vəzifələr üzrə (B növü) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir
Dövlət İmtahan Mərkəzi 1145 vəzifəyə qəbul üçün müsahibə elan etdi

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət İmtahan Mərkəzi inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan vakant 1145 icraçı (mütəxəssis) vəzifəsinə (B növü) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat bir ay – fevralın 9-dək davam edəcək.

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Ən çox vakansiya Kənd Təsərrüfatı Nazirliyi (451 vakant vəzifə), Əmlək Məsələləri Dövlət Komitəsi (140 vakant vəzifə), Dövlət Statistika Komitəsi (78 vakant vəzifə), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (75 vakant vəzifə), Mədəniyyət və Turizm Nazirliyi (54 vakant vəzifə), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (32 vakant vəzifə) üzrədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti