...

Mənəvi Dəyərlərin Təbliği Fondu loqo müsabiqəsi elan edir

Cəmiyyət Materials 13 İyul 2018 13:36 (UTC +04:00)

Bakı. Trend:

Mənəvi Dəyərlərin Təbliği Fondu loqo müsabiqəsi elan edir.

Qurumdan Trend-ə verilən məlumata görə, Fondun loqosunun müəyyən edilməsi məqsədilə müsabiqə elan edilir.

Müsabiqənin şərtləri:

1. Müsabiqədə harada yaşamasından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı iştirak edə bilər.
2. Loqo Azərbaycanda əsrlər boyu formalaşmış milli-mənəvi dəyərlər sisteminin elelmentlərini, eləcə də multikulturalizm və tolerantlıq simvollarını əks etdirməlidir. Bununla yanaşı, loqoda dövlətçilik, milli kimlik, həmrəylik kimi məqamlar öz əksini tapmalıdır.
3. Müsabiqədə yalnız indiyə qədər istifadə edilməyən və hər hansı digər loqotiplərin elementlərini təkrarlamayan nümunələr iştirak edə bilər. Loqo dizaynları müvafiq komissiya tərəfindən qiymətləndirildikdən sonra qalib elan ediləcək.
4. Loqonun eskizi A4 formatda kağızda və ya CD disk şəklində Bakı şəhəri, Tbilisi prospekti 35 ünvanına (ASK Plaza, 4-cü mərtəbə), eləcə də PDF formatında [email protected] elektron ünvanına, və ya Fondun rəsmi facebook ünvanına təqdim edilməlidir.
5. Müsabiqənin qalibinə Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən 300 AZN mükafat təqdim olunacaq (köçürmə yolu ilə).
6. Loqo nümunələrinin son təqdim olunma tarixi 25.07.2018-ci il saat 18:00-a qədərdir.
7. Müsabiqənin qalibi 02.08.2018-ci il saat 16:00-da Mənəvi Dəyərlərin Təbliği Fondunda elan olunacaq.

Mənəvi Dəyərlərin Təbliği Fondu Azərbaycan Prezidentinin 10 Oktyabr 2017-ci il tarixli, 1624 saylı Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılıb. Fondun əsas fəaliyyət istiqamətləri mənəvi dəyərlərin təbliği işinin gücləndirilməsi, bu sahədə sosial layihələrin reallaşdırılması, dövlət-din münasibətləri sahəsində maarifləndirmə işinin təşkilinə yönəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti