...

Tamaşaçı: Milli Gimnastika Arenasında idmançılar üçün bütün lazımi şərait yaradılıb

Cəmiyyət Materials 7 Oktyabr 2018 16:15 (UTC +04:00)
Aerobika gimnastikası üzrə 4-cü Açıq Azərbaycan Çempionatı və Bakı Birinciliyi yarışlarında iştirak etmək gənc idmançılara stimul verir
Tamaşaçı: Milli Gimnastika Arenasında idmançılar üçün bütün lazımi şərait yaradılıb

Bakı. Cani Babayeva - Trend:

Aerobika gimnastikası üzrə 4-cü Açıq Azərbaycan Çempionatı və Bakı Birinciliyi yarışlarında iştirak etmək gənc idmançılara stimul verir.

Bu barədə Trend-ə 4-cü Açıq Azərbaycan Çempionatı və Bakı Birinciliyi yarışlarının tamaşaçısı İrina Fesenko bildirib.

İ.Fesenko deyib: "Düşünürəm ki, bu gənc idmançılara stimul verir, onlar digər ölkələrin idmançılarından geri qalmamaq üçün yaxşıya doğru hərəkət edəcəklər, texnikalarını inkişaf etdirəcəklər. Uşaqların hamısına afərin, baxmayaraq ki, belə böyük arenada çıxış edirlər özlərini itirmədilər".

Qızı bu gün yarışlarda iştirak eliyən tamaşaçının sözlərinə görə, Milli Gimnastika Arenasında idmançılar üçün bütün lazımi şərait yaradılıb: "Turnirin təşkilatı - mükəmməldir, hər şey yüksək səviyyədə keçir, bizim hər şeydən xoşumuz gəlir. Gimnastlar üçün bütün şərait yaradılıb".

Qeyd edək ki, bu gün Milli Gimnastika Arenasında Aerobika Gimnastikası üzrə 4-cü Açıq Azərbaycan Çempionatı və Bakı Birinciliyinin yükun gününə start verilib.

Yarışın sonuncu günü kişilər və qadınlar arasında fərdi proqramda 7-8, 9-11, 12-14, 15-17, 18 və yuxarı yaş kateqoriları, üçlük tərkibində 7-8, 9-11, 12-14, 15-17, 18 və yuxarı yaş kateqoriları, qrup tərkibində 7-8, 9-11, 12-14, 18 və yuxarı yaş kateqoriları, qarışıq cütlük tərkibində 7-8, 9-11, 12-14, 15-17, 18 və yuxarı yaş kateqoriları arasında yarışlar keçiriləcək.

Yarışlarda Azərbaycan ("Ocaq Sport" və "AyUlduz"), Rusiya və Bolqarıstan gimnastları iştirak edəcək. İlk dəfə bu çempionatda Qazaxıstan və Ukrayna gimnastları çıxış edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti