...

Nazirlik: Sürüşmə zonasında torpaq qatının kənarlarında xırda çatlar müşahidə edilib

Cəmiyyət Materials 16 Oktyabr 2018 21:22 (UTC +04:00)
Sürüşmə zonasında torpaq qatının kənarlarında xırda çatlar müşahidə edilib
Nazirlik: Sürüşmə zonasında torpaq qatının kənarlarında xırda çatlar müşahidə edilib

Bakı. Samir Əli - Trend:

Badamdarda sürüşmə zonasında vəziyyət gərgin olaraq qalır. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sürüşmə zonasında saat 21:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmə sahəsində aktivlik davam edir.

Sürüşmə kütləsinin həm cənub,həm də şimal hissəsində torpaq qatının kənarlarında xırda çatlar müşahidə edilib və bu da sürüşmə kütləsinin ölçülərinin artması ilə müşayət oluna bilər.

Qeyd edək ki, oktyabrın 12-dən başlayaraq, mərkəz əməkdaşları ərazidə profillər üzrə bir neçə istiqamətdə tədqiqatlar aparırlar. İlkin nəticələrə görə, sürüşmə prosesi hələlik aktiv fazada qalır və yeni uçqunların baş vermə ehtimalı yüksəkdir.

Aparılan işlərin nəticəsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti