...

Bakıda "Gazelli House"da Veniamin Smexovla səmimi görüş (FOTO)

Cəmiyyət Materials 24 Noyabr 2018 18:02 (UTC +04:00)
Veniamin Smexovun Bakıya səfəri atistin Heydər Əliyev Mərkəzində böyük uğurla keçirilən "Hər zaman nur saç" adlı məruzəsi çərçivəsində baş tutub.
Bakıda "Gazelli House"da Veniamin Smexovla səmimi görüş (FOTO)

Bakı. Trend:

Milyonlarla tamaşaçının sevimlisi, məşhur teatr və kino aktyoru, televiziya proqramları və sənədli filmlər rejissoru, ssenari müəllifi Veniamin Smexov Azərbaycan paytaxtında fiziki və mənəvi mükəmməlliyin bütün şərtlərini bir arada toplayan unikal sağlamlıq və gözəllik mərkəzi "Gazelli House"a baş çəkib.

Tanınmış aktyorla yanaşı onun həyat yoldaşı kino tarixçisi, pedaqoq, ssenari müəllifi Qalina Aksyonova, Bakı Kitab Mərkəzinin direktoru, yazıçı, publisist Günel Anarqızı, tarixçi, tədqiqatçı, "Bakı sirləri" silsilə televiziya verilişinin aparıcısı və müəəlifi Fuad Axundov da "Gazelli House"un qonağı olublar.

Veniamin Smexovun Bakıya səfəri atistin Heydər Əliyev Mərkəzində böyük uğurla keçirilən "Hər zaman nur saç" adlı məruzəsi çərçivəsində baş tutub.

Gecədə aktyor, məşhur şairlər Vladimir Mayakovskinin, Aleksandr Blokun və Boris Pasternakın yaradıcılığı haqqında danışıb, şeirlərini oxuyub.

"Gazelli House"da Beniamin Smexov səmimi atmosferdə Fuad Axundov və Günel Anarqızı ilə söhbətləşib.

"Gazelli Cafe"də nahar yeməyində - isti və rahat atmosferdə Veniamin Smexov çoxdan görmək istədiyi şəhər - Bakı, onun qonaqpərvərliyi və genişqəlbliliyi ilə aktyorun ürəyini fəth edən sakinləri, şəhərin maraqlı və möhtəşəm arxitekturası ilə bağlı təəssüratlarını bölüşüb. Veniamin Smexov və həyat yoldaşı Qalina Aksyonova söhbətlərində qeyd ediblər ki, təəssüf ki, Bakını ətraflı gəzə bilməyiblər və buraya yenidən gəlməyə ümid edirlər.

Smexov Fuad Axundovun və Günel Anarqızının məşhur azərbaycanlı yazıçılar, rejissorlar, aktyorlar, onların yaradıcılığı və həyatı haqqında söhbətlərinə böyük maraqla qulaq asıb.

Fuad Axundov qonaqlara İçərişəhər, onun məhəllələri, binaları və qala divarları barədə məlumat verib, bununla bağlı arxiv şəkillərini göstərib.

Gunel Anarqızı da eyni zamanda rusiyalı qonaqlara İçərişəhər haqqında və İçərişəhərdə çəkilmiş filmlər haqqında danışıb.

Veniamin Smexov məmnuniyyətlə arzu edən hər kəsə "Salam, amma ..." adlı yeni kitabını imzalayıb.

Kitabda müəllif Vladimir Vısotski ilə bağlı xatirələrini, aktyor həyatını, film çəkilişlərini, Taqanka teatrında əfsanəvi və birlikdə işlədiyi böyük insanlar haqqında xatirələrini paylaşıb.

Qonaq həmçinin "Terra" adlı yeni sərginin nümayiş etdirildiyi "Gazelli Art House" Müasir İncəsənət Qalereyasını ziyarət edib. Sərgidə rəssamlar - Əziz Kuçer,Derek Boşyer, Stenli Kasselman, Şarlotta Kolbert, Filipp Kolbert, Ceyn Makadam Freyd, Şan Hur, Françesko Codis, Kalliopi Lemos, Covanni Ozzola, Ceyms Ostrer və Saad Qureşi, eləcə də Yun-Cin Yonq, Xiyo Miyonq-Kim, Yol Zoniel iştirak edirlər.

Sərginin mərkəzi və ən monumental instalyasiyası Saad Qureşinin 2011-ci ildə "Gazelli Art House" üçün xüsusi hazırlanmış "Quicken" əsəridir.

Müsəlmanların hər gün namaza dəvət olunduğu, azanların oxunduğu zaman məscidin bir hissəsini təşkil edən möhtəşəm minarə və ya nazik uzunsov qüllə heykəlindən ibarət bu əsər öz qeyri-adi görkəmi ilə qalereyada maraq yaradır.

Veniamin Smexov və həyat yoldaşı əsərlərlə böyük maraqla tanış olublar.

Səmimi atmosfer, təbəssüm, maraqlı söhbət - Veniamin Smexovla görüş əsl bayrama çevrildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti