...

Komitə: Azərbaycandakı sabitliyi, inkişafı gözü götürməyən qüvvələr dini zəmində də ölkəyə təsir göstərməyə çalışırlar

Cəmiyyət Materials 26 Dekabr 2018 11:37 (UTC +04:00)
Dünyada müxtəlif qüvvələr öz geosiyasi maraqlarını həyata keçirmək üçün din amilindən təhlükəli formada istifadə edirlər.
Komitə: Azərbaycandakı sabitliyi, inkişafı gözü götürməyən qüvvələr dini zəmində də ölkəyə təsir göstərməyə çalışırlar

Bakı. Elçin Mehdiyev – Trend:

Dünyada müxtəlif qüvvələr öz geosiyasi maraqlarını həyata keçirmək üçün din amilindən təhlükəli formada istifadə edirlər. Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov “Din və ideoloji təhlükəsizlik” mövzusunda keçirilən konfransda deyib.

S.Heydərov bildirib ki, dünyada dini zəmində baş verən münaqişələr nəinki genişlənir, eyni zamanda dərinləşir. O qeyd edib ki, zamanında bu cür münaqişələrin qarşısı alınsaydı, bu gün dünyada bu qədər münaqişə ocaqları olmazdı.

Komitə sədrinin müavini bildirib ki, Azərbaycanda dini durum tam sabitdir, bütün dini konfessiyaların nümayəndələrinə bərabər münasibət göstərilir, Azərbaycandakı tolerantlığa, multikultural mühitə dünya birliyi tərəfindən yüksək qiymət verilir. O qeyd edib ki, bütün bunlara böyük zəhmət və əsası ulu öndər Heydər Əliyev tərəfindn qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən uzaqgörən siyasət nəticəsində nail olunub: “Ancaq bu gün Azərbaycandakı sabitliyi, inkişafı gözü götürməyən qüvvələr var və onlar siyasi müstəvi ilə yanaşı dini zəmində də Azərbaycana təsir göstərməyə çalışırlar. Təəssüf doğuran hal odur ki, bəzi müsəlman ölkələri də həmin qüvvələrin təsiri altına düşərək Azərbaycana dini zəmində təzyiq göstərməyə, müxtəlif zərərli dini ideologiyaları ölkəmizə ixrac etməyə çalışırlar. Azərbaycan müsəlman ölkələri arasında birliyin, həmrəyliyin möhkəmləndirilməsi üçün ciddi işlər görür, ancaq bəzi müsəlman ölkələri bizə dini zəmində təzyiq göstərməyə çalışırlar. Əlbəttə, dövlətimiz güclüdür və bu neqativ tendensiyaların qarşısını almaq üçün ciddi tədbirlər görülüb və bundan sonra da görüləcək. Azərbaycan həm hüquqi müstəvidə, həm də maarifləndirmə baxımından bu cür təhdidlərin qarşısını almaq üçün lazımi tədbirlər görür”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti