...

Komitə sədri: Bizə edilən müraciətlərin çoxu ünvanlı sosial yardımla bağlıdır

İqtisadiyyat Materials 24 Yanvar 2019 12:20 (UTC +04:00)
Bizə edilən müraciətlərin çoxu ünvanlı sosial yardımla bağlıdır.
Komitə sədri: Bizə edilən müraciətlərin çoxu ünvanlı sosial yardımla bağlıdır

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2018-ci il üçün payız sessiyasının hesabatı və 2019-cu ilin yaz sessiyasının qanunvericilik planı müzakirə edilib.

Trend-in məlumatına görə, komitə sədri Hadı Rəcəbli bildirib ki, son payız sessiyasında komitədə 45 məsələ, o cümlədən, 21 qanun layihəsi müzakirə olunub, plenar iclasa tövsiyə edilib:

“Eyni zamanda, komitəyə 648 sənəd daxil olub. Bunların 579-u ərizə və şikayətlər olub. Bizə edilən müraciətlərin çoxu isə ünvanlı sosial yardımla bağlıdır".

Komitə sədri ünvanlanan müraciətlər arasında əlillik və səhiyyə ilə bağlı müraciətlərin də olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti