...

Azərbaycanın ən yaxşı gənc natiqi müəyyən olunub

Cəmiyyət Materials 5 Aprel 2019 02:35 (UTC +04:00)
Azerbaijan Public Speaking Competition (APSC) dünya təcrübəsini tətbiq edərək Azərbaycanda gələcək liderləri, natiqləri yetişdirən platformadır.
Azərbaycanın ən yaxşı gənc natiqi müəyyən olunub

Trend-i buradan izləyin

Bakı. Trend:

Azerbaijan Public Speaking Competition (APSC) dünya təcrübəsini tətbiq edərək Azərbaycanda gələcək liderləri, natiqləri yetişdirən platformadır.

APSC Britaniyanın 100 ildən artıq təcrübəyə malik ESU “The English-Speaking Union” təşkilatının tanınan tərəfdaşıdır. Əməkdaşlıq çərçivəsində, qalib olan şəxslər beynəlxalq yarışmada iştirak üçün hər il Londona səyahət edirlər.

Trend-in məlıumatına görə, dünyanın ən böyük natiqlik yarışmasını həyata keçirən “The English-Speaking Union” təşkilatının tərəfdaşı olan “Azerbaijan Public Speaking Competition” öz fəaliyyətini uğurla davam etdirir. Bugünə kimi bir çox natiqlik yarışması və öyrədici layihələr həyata keçirən Platforma - Gənc Natiqlər Konfransını həyata keçirib.

Konfransın əsas məqsədi ölkənin ən yaxşı gənc natiqlərini bir araya toplamaq və onların öz fikirlərini ifadə etmələrinə şərait yaratmaq olub. Həmçinin, peşəkar, beynəlxalq natiqlərin iştirakı ilə həyata keçirilən panel sessiyası müzakirələri ilə gənclərə 21-ci əsrin tələbi - natiqliyin karyera, şəxsi brendinq, biznes kimi müxtəlif sahələrdəki imkanlarını çatdırmaq olub.

Konfransda 10 natiqin “Gələcəyi təxmin etməyin ən yaxşı yolu onu kəşf etməkdir!” mövzusu ətrafındakı çıxışları hər kəs tərəfindən maraqla qarşılanıb və münsiflər heyəti tərəfindən qiymətləndirilib. Azərbaycanın ən yaxşı 3 natiqi müəyyən olunub:

1-ci yer: Adil Qafarlı - Bakı Mühəndislik Universiteti

2-ci yer: Vaqif Qasımov - Bakı-Oksford Məktəbi

3-cü yer: Lamiyə Hüseyn - “Dünya” Məktəbi

Yarışmanın qalibi Adil Qafarlı Azərbaycanı təmsil etmək hüququ qazanıb və 13-17 May, 2019-cu il tarixində Londona yola düşərək 54 ölkənin nümayəndəsi ilə yarışaraq dünyanın ən yaxşı natiqi olmaq uğrunda mübarizə aparacaq.

Tədbirdə, həmçinin, “Natiqliyin biznes və şəxsi brendinqdə əhəmiyyəti” mövzusu altında panel sessiyası həyata keçirilib. Panel iştirakçıları natiqlik üzrə beynəlxalq təlimçi Rəşad Bayramov, “100 Business Women of Azerbaijan” təşkilatının sədri Tatyana Mikayılova və PwC Azərbaycan şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Aysel Süleymanova olub.

Qeyd edək ki, eyni zamanda, APSC Amerika Birləşmiş Ştatlarının PSA “Public Speakers Association” təşkilatı ilə əməkdaşlıq edir. Hər il müxtəlif ölkələrdə baş tutan “Beynəlxalq Natiqlər Konfransı” dünyanın hər yerindən korporativ işçiləri, şirkət rəhbərlərini, natiqləri, biznes liderlərini bir araya gətirir. Konfransda Azərbaycandan seçilən şəxslər iştirak edirlər.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Xəbər lenti

Xəbər lenti