...

Estoniyada ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 11 May 2019 02:47 (UTC +04:00)
Azərbaycanın Estoniyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar tədbir keçirilib.
Estoniyada ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Estoniyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar tədbir keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, bu əlamətdar gündə səfirliyimizdə ulu öndər Heydər Əliyevin barelyefinin təntənəli açılışı olub.

Tədbirdə səfirliyin əməkdaşları, Azərbaycan diaspor və Estoniya ictimaiyyətinin nümayəndələri iştirak edib.

Açılışda çıxış edən Azərbaycanın Estoniyadakı səfiri Murad Nəcəfbəyli müasir Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bağlı məlumat verib. Səfir bildirib ki, Azərbaycanın bütün bölgələrində olduğu kimi Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, eləcə də diasporumuzun təmsilçiləri tərəfindən ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə tədbirlər keçirilərək, görkəmli siyasi xadimin zəngin və çoxşaxəli fəaliyyəti, vətən və xalq qarşısındakı xidmətləri geniş təbliğ edilir.

Bununla yanaşı, ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı Estoniya Azərbaycan Mədəniyyət mərkəzi, “Ajdan” Həftə sonu məktəbinin uşaqları və müəllimləri Estoniyanın paytaxtı Tallin şəhərində yerləşən Azərbaycanın və Estoniyanın 100 illiyi münasibətilə, iki xalq arasında tarixi əlaqələrin və Bakı şəhərinin Suraxanı və Tallin şəhərinin Kristiyne rayonları arasında dostluğun rəmzi olaraq salınmış parkın girişində qurulmuş, üzərində ümummilli lider Heydər Əliyevlə Estoniyanın sabiq Prezidenti Lennart Meri arasında 1995-ci ildə Nyu-York şəhərində keçirilmiş görüşün foto şəkili olan lövhənin önündə güllər əkmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti