...

Vəlvələçayda sululuq normadan çox olub, bəs digər çaylarda?

Cəmiyyət Materials 8 İyul 2019 07:04 (UTC +04:00)
Çaylarda suyun səviyyəsi açıqlanıb.
Vəlvələçayda sululuq normadan çox olub, bəs digər çaylarda?

Bakı. İlhamə İsabalayeva - Trend:

Çaylarda suyun səviyyəsi açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 110 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 60-80 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normaya yaxın və normadan çox olmaqla 90-120 faizini təşkil edib.

Tranzit çaylarda faktiki vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 110 kub/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 37 faizini təşkil edib. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 120 kub/s olmaqla, ongünlük normadan az olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 11 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 76 kub/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 52 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 42 kub/s təşkil etməklə ongünlük normadan az olub.

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 26 kub/s qeydə alınıb ki, bu da ongünlük normadan az olmaqla normanın 26 faizini təşkil edib. Bu rəqəm 2018-ci ildə 33 kub/s təşkil etməklə ongünlük normadan az olub.

Kür çayının aşağı axınında son vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 12 sm azalaraq 363 sm təşkil edib. Bu rəqəm 2018-ci il iyulun 5-də isə 349 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 6 sm artaraq 85 sm qeydə alınıb. 2018-ci il iyulun 5-də isə bu rəqəm 201 sm təşkil edib. Salyanda suyun səviyyəsi 13 sm artıb və 85 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 167 sm qeydə alınıb. Bankə məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayaraq 167 sm olub və bu göstərici 2018-ci il iyulun 5-də 197 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 3 sm azalaraq 50 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il iyulun 05-də isə 48 sm təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti