...

DYP-dən Şəkidə baş verən yol nəqliyyat hadisəsi ilə bağlı AÇIQLAMA (YENİLƏNİB)

Cəmiyyət Materials 16 İyul 2019 20:56 (UTC +04:00)
Şəkidə avtobus qəzaya uğrayıb.
DYP-dən Şəkidə baş verən yol nəqliyyat hadisəsi ilə bağlı AÇIQLAMA (YENİLƏNİB)

Bakı. Samir Əli - Trend:

İlk xəbər saat 18:10-da yayımlanıb.

Şəkidə avtobus qəzaya uğrayıb. Trend-in məlumatına görə, hadisə Şəkinin Kiş kəndində baş verib.

Məlumata görə, turistləri daşıyan "Sprinter" markalı mikroavtobusla "Opel" markalı minik avtomobili toqquşub.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Respublika Dövlət Yol Polisi İdarəsi də Şəkidə baş verən yol nəqliyyat hadisəsi ilə bağlı açıqlama verib.

İdarənin mətbuat xidmətinin rəhbəri Rüfət Quliyev Trend-ə bildirib ki, Şəki şəhərinin Kiş kəndində "Opel astra" markalı 99 RE 355 dövlət nömrə nişanlı minik avtomobili ilə "Mercedes Sprinter" markalı 90 OE 948 dövlət nömrə nişanlı mikroavtobus toqquşub:

"Hadisə 17:30 radələrində baş verib. Toqquşma nəticəsində hər iki nəqliyyat vasitəsinə cüzi ziyan dəyib, xəsarət alan olmayıb. Faktla bağlı artıq araşdırma aparılır. Yəni xırda yol nəqliyyat hadisəsi olduğundan heç bir hərəkət iştirakçısı xəsarət almayıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti