...

8 ölkənin metroloqları Bakıya toplandı (FOTO)

Cəmiyyət Materials 3 Oktyabr 2019 16:34 (UTC +04:00)
Bakıda KOOMET Regional Metrologiya Təşkilatının Texniki Komitəsinin növbəti iclası keçirilir.
8 ölkənin metroloqları Bakıya toplandı (FOTO)

Bakı. Samir Əli - Trend:

Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan Metrologiya İnstitutunun təşkilatçılığı ilə Bakıda KOOMET Regional Metrologiya Təşkilatının Texniki Komitəsinin növbəti iclası keçirilir.

Trend-in məlumatına görə, oktyabrın 2-də başlanan iclas oktyabrın 4-dək davam edəcək.

İclasda KOOMET TK 4 Texniki Komitəsinin 2018-2019-cu ildəki fəaliyyətinə dair hesabat dinləniləcək.

Tədbirdə KOOMET Prezidenti Şurasının 23-cü və KOOMET Komitəsinin 29-cu iclasının nəticələri haqqında məlumat veriləcək, eyni zamanda 2018-2020-ci illər üçün TK 4 İş Proqramının icrası və yenilənməsi prespektivləri müzakirə olunacaq.
KOOMET Sənədi D5.13 / 2012 "KOOMET Texniki Komitəsi" Məlumat və Təlim "(TK 4) haqqında Yenilənmiş versiyasının müzakirəsi" də həyata keçiriləcək.

8 ölkənin - Fransa, Rusiya, Almaniya, Ukrayna, Qazaxıstan, Belorus, Moldova və Azərbaycanın təmsilçiliyi ilə keçirilən hesabat xarakterli iclasda KOOMET-ə üzv ölkələrin metrologiya mütəxəssislərinin praktiki hazırlığı və ixtisasartırma təhsili sahəsində təcrübə mübadiləsi üzrə KOOMET üzv ölkələrin təqdimatları da izlənəcəkdir.

KOOMET təşkilatı ölçü cihazlarının metroloji xüsusiyyətlərinin uyğunlaşdırılması üzrə fəaliyyət göstərir. Təşkilata 17 ölkə üzvdür. Azərbaycan 2007-ci ildən KOOMET-ə tam hüquqlu üzvü qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti