...

“MƏRCAN” həmrəylik nümunəsi göstərdi! (FOTO/VİDEO)

Cəmiyyət Materials 30 Dekabr 2019 14:08 (UTC +04:00)
Azərbaycanda ilk dəfə böyük sosial layihə işıq üzü görüb.
“MƏRCAN” həmrəylik nümunəsi göstərdi! (FOTO/VİDEO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycanda ilk dəfə böyük sosial layihə işıq üzü görüb.

Trend-in məlumatına görə, tənha ahıllarla valideyn himayəsindən məhrum uşaqlar “Mərcan” brendi ilə tanınan Azerbaijan Poultry Company-nin xeyriyyə tədbirində görüşdürülüb. Tədbir “Qocalar evi” kimi tanınan Müharibə və Əmək veteranları pansionatında gerçəkləşdirilib. Böyükləri ziyarətə gələnlər isə 1saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssəsinin sakinləri olub.

Yeni il ab-havası ilə qeyd olunan bayram tədbirində Şaxta baba və Qar qız, sehrbaz, animatorun əyləncəli çıxışlarından başqa tədbirə təmənnasız olaraq qatılan Respublikanın Xalq artisti Tünzalə Ağayeva da yaddaqalan çıxış edib.

Nənə-baba nəvazişinə möhtac balacalar ahıllarla isti görüşdən xoş təəssüratlarla ayrılıblar. Lakin bu, ilk dəfə baş tutan görüşün sonu deyil. “Mərcan” onları hələ çox görüşdürəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti