...

“Gənclər günü”nün loqotipi bəlli oldu (FOTO)

Cəmiyyət Materials 31 Yanvar 2020 13:37 (UTC +04:00)
Müsabiqəyə 97 müəllif tərəfindən 300-dən çox loqo təqdim olunub
“Gənclər günü”nün loqotipi bəlli oldu (FOTO)

Bakı. Trend:

13 yanvar 2020-ci il tarixindən başlayaraq Gənclər və İdman Nazirliyi rəssam və dizaynerlər arasında 2 Fevral “Gənclər günü” ilə bağlı loqo müsabiqəsinin başlandığını elan edib.

Trend-ə nazirlikdən verilən məlumata əsasən, 18 yanvar tarixinədək davam edən müsabiqənin əsas şərti təqdim olunan loqonun məhz 02.02.2020 tarixini əks etdirməsi idi.

Müsabiqəyə 97 müəllif tərəfindən 300-dən çox loqo təqdim olunub. Nəticədə təqdim edilən loqolar arasında Ehtiram İbrahimovun müəllifi olduğu loqo qalib seçildi.

26 yaşlı İbrahimov Ehtiram Etibar oğlu qrafik dizaynerdir. Hazırda "Code Akademiya"da qrafik və veb dizayn təhsili alır.

Müsabiqə qalibinin təltif edilməsi isə 2 fevral - Azərbaycan gəncləri günü münasibətilə keçiriləcək istedadlı və yaradıcı gənclərin mükafatlandırma mərasimində həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti