...

Bibiheybət yolunda hərəkət müvəqqəti məhdudlaşdırılır

Cəmiyyət Materials 29 Mart 2020 17:08 (UTC +04:00)
Aparılan tikinti-bərpa işləri ilə əlaqədar olaraq Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırılır.
Bibiheybət yolunda hərəkət müvəqqəti məhdudlaşdırılır

Bakı. Trend:

Aparılan tikinti-bərpa işləri ilə əlaqədar olaraq Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, avtonəqliyyat vasitələrinin hərəkəti köhnə yol ilə 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunacaq.

Məhdudlaşma ərazidə tikinti-bərpa işləri aparılan bir neçə gün ərzində qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti