...

Təbiətə ziyan vuran şəxs cəzalanıb

Cəmiyyət Materials 7 Aprel 2020 15:01 (UTC +04:00)
Təbiətə ziyan vuran şəxs cəzalanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi növbəti reyd zamanı İsmayıllı rayonu ərazisində Göyçay çayının yatağında icazəsiz qazıntı işlərinin aparıldığı aşkar edilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə bildirilib ki, araşdırma zamanı qazıntı işlərinin İsmayıllı şəhər sakini Süleyman Süleymanova məxsus qum-çınqıl karxanası tərəfindən aparıldığı və yataqayırma hüdudundan kənarda qanunsuz qarışıq suxur və qumun götürüldüyü müəyyən olunub.

Faktla bağlı karxananın sahibi S.Süleymanov barəsində akt, protokol tərtib olunub və ona 10974 manat məbləğində cərimə tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti