...

Dövlətimiz tərəfindən görülən bütün tədbirləri yüksək qiymətləndiririk və çox sevinirik - Məcburi köçkün Azərbaycan Prezidentinə təşəkkür edib

Cəmiyyət Materials 20 Aprel 2020 16:19 (UTC +04:00)
Dövlətimiz tərəfindən görülən bütün tədbirləri yüksək qiymətləndiririk və çox sevinirik - Məcburi köçkün Azərbaycan Prezidentinə təşəkkür edib

Bakı. Elçin Mehdiyev – Trend:

Biz məcburi köçkün olaraq koronavirus pandemiyasının təsirlərinin qarşısının alınması ilə bağlı Prezident İlham Əliyev tərəfindən həyata keçirilən tədbirləri alqışlayırıq və buna görə ölkə başçımıza təşəkkür edirik. Dövlətimiz tərəfindən görülən bütün tədbirləri yüksək qiymətləndiririk və çox sevinirik.

Bunu Trend-ə açıqlamasında Ağdamdan olan məcburi köçkün Nizami Mehdiyev deyib.

N.Mehdiyev qeyd edib ki, məhz cənab Prezidentin vaxtında atdığı düzgün addımlar və qəbul etdiyi lazımi qərarlar sayəsində bu virusun ölkəmizdə yayılmasının qarşısı alındı:

“Bildiyiniz kimi, koronavirus yaşlı insanlara daha ağır təsir göstərir. Ona görə də cənab Prezidentin tapşırığı ilə yaşlı insanların qorunması üçün lazımi addımlar atılır. Dövlət başçısının xüsusi tapşırığı ilə yaşı 65-dən yuxarı 15 mindən artıq tənha insana evində xidmət göstərilir”.

N.Mehdiyev bildirib ki, Prezident İlham Əliyev hər zaman olduğu kimi, koronavirusla bağlı yaranmış vəziyyətdə də məcburi köçkünlərə böyük diqqət və qayğı göstərir:

“Məcburi köçkün kimi bizə verilən müavinət vaxtından əvvəl ödənildi ki, bu da bizi çox sevindirdi. Eyni zamanda, məcburi köçkünlər arasında çoxlu sayda ünvanlı sosial yardım alan var. Ünvanlı dövlət sosial yardımının təyinolunma müddəti bitən aztəminatlı ailələrə bu yardımın verilməsinin karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılması həmin insanların da böyük sevincinə səbəb oldu və onlar buna görə cənab Prezidentə dərin təşəkkürlərini ifadə edirlər.

Ümumilikdə, dövlətimiz tərəfindən görülən bütün tədbirləri yüksək qiymətləndiririk və çox sevinirik ki, cənab İlham Əliyev kimi hər zaman xalqını, insanlarımızın sağlamlığını və sosial rifahını düşünən Prezidentimiz var”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti