...

Valideyn himayəsindən məhrum olmuş uşaqlara yaşayış sahələrinin verilməsi ilə bağlı dəyişiklik təsdiq olundu

Cəmiyyət Materials 8 May 2020 12:18 (UTC +04:00)
Valideyn himayəsindən məhrum olmuş uşaqlara yaşayış sahələrinin verilməsi ilə bağlı dəyişiklik təsdiq olundu
Valideyn himayəsindən məhrum olmuş uşaqlara yaşayış sahələrinin verilməsi ilə bağlı dəyişiklik təsdiq olundu

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqlara yaşayış sahələri veriləcək.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliklə sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə aid olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri veriləcək.

Sənəd səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti