...

Azərbaycan Xalq Cümhuriyyəti qurucularının varisləri xalqımızı "Respublika günü" münasibətilə təbrik edib (VİDEO)

Cəmiyyət Materials 26 May 2020 20:14 (UTC +04:00)
Azərbaycan Xalq Cümhuriyyəti qurucularının varisləri xalqımızı "Respublika günü" münasibətilə təbrik edib (VİDEO)

Bakı. Trend:

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi “Respublika günü” ərəfəsində Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xaricdə yaşayan varisləri, yaxın və uzaq qohumları ilə əlaqə saxlayıb, onlara sevgi və sayğımızı, varisləri olduqları tarixi şəxsiyyətləri böyük ehtiramla yad etdiyimizi çatdırıblar.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Cümhuriyyət qurucularının varisləri, qohumları Komitənin nəzdində fəaliyyət göstərən Diaspor TV vasitəsilə Azərbaycan xalqını "Respublika günü" münasibətilə təbrik edib, xoş arzularını ifadə ediblər. Diaspor TV-də Fətəli xan Xoyski, Mustafa bəy Vəkilov, Əhməd bəy Ağaoğlu, Əhməd Cavad, Ceyhun Hacıbəyli və başqa görkəmli dövlət xadimlərinin varislərinin, qohumlarının videotəbrikləri yayımlanıb.

Azərbaycan Xalq Cümhuriyyəti qurucularının varisləri göstərilən diqqətə və yaradılan virtual imkana görə Azərbaycan dövlətinə, o cümlədən Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlıq ediblər.

Həmin videonu təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti