...

Azərbaycanda ehtiyac meyarının məbləği artırılır

Cəmiyyət Materials 25 Dekabr 2020 16:41 (UTC +04:00)
Azərbaycanda ehtiyac meyarının məbləği artırılır

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda 2021-ci ildə ehtiyac meyarının məbləği artırılır.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanununun layihəsidə əksini tapıb.

Növbəti ildən ölkədə ehtiyac meyarının həddinin orta hesabla 6,3 faiz artımı və ya 160 manatdan 170 manata çatdırılması nəzərdə tutulur.

Bu Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti