...

Kanadada ilin ən yaxşı müəllimi seçilən qarabağlı Yeganə Cəfərova (FOTO)

Cəmiyyət Materials 17 Fevral 2021 11:00 (UTC +04:00)
Kanadada ilin ən yaxşı müəllimi seçilən qarabağlı Yeganə Cəfərova (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

2003-cü ildən Kanadada yaşan Yeganə Cəfərova ilk günlərdə bağça müəllimi köməkçisi işləsə də, sonradan onun əməyi dəyərləndirilib və evində fərdi uşaq bağçası açmağa icazə verilib.

Trend-in məlumatına görə, həmyerlimiz 500-ə yaxın kolleci özündə birləşdirən "Ontario Kolleclər Assosiasiyası"nın, eləcə də "Pharma-Medikal Science" kollecinin "İlin ən yaxşı müəllimi" seçdiyi Kanada azərbaycanlısıdır.

Yeganə Cəfərova İmişli rayonu Cəfərli kəndində doğulsa da, əslən qarabağlıdır. Həmyerlimiz 2014-cü ildən Kanadanın "Pharma-Medikal Science", 2018-ci ildən isə "Canadore" kolleclərində məktəbəqədər təhsil işçilərinə ümumfənnlər üzrə tədrisin metodikasından mühazirələr oxuyur.

Ailəlidir, bir oğlu və qızı var. Oğlu Amin York universitetinin Astro-Fizika fakultəsində oxuyur və Universitetin rəsədxanasında kiçik elmi işçidir. Onun ən böyük arzularından biri Şamaxı rəsədxanasında çalışmaqdır. Qızı Zemfira Toronto universitetində tibb üzrə təhsil alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti