...

Azərbaycanda 509 nəfər koronavirusa yoluxub, 1427 nəfər sağalıb, 16 nəfər vəfat edib

Cəmiyyət Materials 13 May 2021 20:11 (UTC +04:00)
Azərbaycanda 509 nəfər koronavirusa yoluxub, 1427 nəfər sağalıb, 16 nəfər vəfat edib

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 509 yeni yoluxma faktı qeydə alınıb, 1427 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 328668 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 311198 nəfər müalicə olunaraq sağalıb, 4742 nəfər vəfat edib, aktiv xəstə sayı 12728 nəfərdir.

COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar son sutka ərzində 7733, hazırkı dövrədək isə 3360900 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti