...

Bu il övladlığa götürülən uşaqların sayı açıqlanıb

Cəmiyyət Materials 29 İyul 2021 15:31 (UTC +04:00)
Bu il övladlığa götürülən uşaqların sayı açıqlanıb

Bakı. Elçin Mehdiyev – Trend:

Bu ilin ilk 6 ayı ərzində övladlığagötürmə ilə bağlı 182 müraciət olub ki, bunun da 58-i müəssisədən övladlığagötürmə ilə bağlıdır.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov mətbuat konfransında deyib.

V.Behbudov bildirib ki, həmin müddətdə 28-i qız, 26-sı oğlan olmaqla ümumilikdə 54 uşaq övladlığa verilib: “31 uşaq isə müəssisəmizdən ailələrinə qaytarılıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti