...

İctimai nəqliyyatda tibbi maskadan istifadə etməyən sürücü və sərnişinlər cərimələnib (FOTO)

Cəmiyyət Materials 23 Sentyabr 2021 17:03 (UTC +04:00)
İctimai nəqliyyatda tibbi maskadan istifadə etməyən sürücü və sərnişinlər cərimələnib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları karantin rejimi ilə əlaqədar ictimai nəqliyyatda nəzarət tədbirlərini gücləndirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən yoxlamalar zamanı sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində bəzi sürücü və sərnişinlərin tibbi maskadan istifadə etmədiyi, pandemiya dövrünün tələblərinə laqeyd yanaşdığı aşkarlanıb. Mövcud qaydalar bir daha onların diqqətinə çatdırılıb və barələrində intizam tənbeh tədbirləri görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti