...

Azərbaycanda yeni medallarla bağlı qanun layihəsi birinci oxunuşda qəbul edilib

Cəmiyyət Materials 29 Oktyabr 2021 13:17 (UTC +04:00)
Azərbaycanda yeni medallarla bağlı qanun layihəsi birinci oxunuşda qəbul edilib

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda iki yeni medal təsis edilir.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisdə müzakirə olunub.

Belə ki, parlamentin oktyabrın 29-da keçiriləcək plenar iclasında “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalının və “Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti