...

Sürücülər görünməyən nişanlar, silinmiş xətlərə görə cərimələnməlidirmi?

Cəmiyyət Materials 7 Dekabr 2021 12:02 (UTC +04:00)

Bakı. Çingiz Səfərli - Trend:

Görünməyən nişanlanma xətləri, silinmiş, ağacların arxasında gizlənmiş yol nişanları var ki, buna görə sürücülər əziyyət çəkir.

Bunu Trend-ə açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib.

Ekspert belə hallara görə, sürücülərin məsuliyyətə cəlb edilməməli olduğunu bildirib.

"Nişanlar və nişanlanma xətləri sürücülər üçün tam aydın şəkildə görünən olmalıdır. Onların quraşdırılması və ya asfalt üzərinə çəkilməsi şəffaf şəkildə təmin edilməlidir. Sürücü həmin nişanları azı 50-100 metr məsafədən rahat şəkildə görməlidir.

Burada hər hansısa bir qüsur varsa, bu həmin işi görən qurumun məsuliyyətsizliyini göstərir. Ola bilsin ki, görülən işə sonradan nəzarət edilmədiyi üçün belə problemlər ortaya çıxır. Bunun baş verməməsi üçün istər Dövlət Yol Polisinin, istər Bakı Nəqliyyat Agentliyinin, istərsə də AAYDA-nın əməkdaşları mütəmadi olaraq yollara nəzarət etməlidir", - deyə E.Muradlı əlavə edib.

Ekspert nişanların görünməməsi hallarına görə, qəzaların da baş verdiyini deyib.

"Məsələn, Bakıda Hənifə Ələsgərova küçəsi ilə kəsişmədə tez-tez qəza baş verirdi. Bu məsələ işıqlanandan sonra ağaclar budandı. Burada ən böyük məsuliyyətsizlik həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Yaşıllaşdırma İdarəsinin üzərinə düşür. Bu baxımdan sürücülərin burada məsuliyyətə cəlb edilməsindən söhbət gedə bilməz. Buna görə yola nəzarət edən qurumları cərimələmək lazımdır", - deyə ekspert qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti