...

Azərbaycanda turizmlə bağlı yeni cərimə müəyyən edilir

Cəmiyyət Materials 10 Dekabr 2021 19:29 (UTC +04:00)
Azərbaycanda turizmlə bağlı yeni cərimə müəyyən edilir

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda turizm haqqında qanunvericiliyin pozulması ilə bağlı yeni cərimə müəyyən edilir.

Trend-in məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur.

Dəyişikliyə əsasən, sığortaçı ilə mülki məsuliyyət sığortası müqaviləsi bağlamadan turoperator və ya turagentlər tərəfindən turizm zərfinin satışının həyata keçirilməsinə görə fiziki şəxslər min manat, hüquqi şəxslər iki min manat məbləğində cərimə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti