...

Azərbaycanda iki yeni medal təsis edilir

Cəmiyyət Materials 14 Dekabr 2021 11:47 (UTC +04:00)
Azərbaycanda iki yeni medal təsis edilir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda iki yeni medal təsis edilir.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921-2021)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi və “Müdafiə sənayesı sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının və “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənədlər səsverməyə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti