...

Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb

Cəmiyyət Materials 18 Dekabr 2021 12:50 (UTC +04:00)
Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb

Bakı. Çingiz Səfərli - Trend:

Hazırda Türkiyənin ali təhsil müəssisələrində 25 mindən çox azərbaycanlı tələbə təhsil alır.

Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfirinin təhsil müşaviri Nihat Büyükbaş "Kosmosda gələcək, gələcəkdə kosmos" adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda təhsil alan türkiyəli tələbələrin sayı isə 3 mini ötüb.

"Türkiyə ilə Azərbaycanın təhsil əlaqələrinin tarixi böyükdür. Bu əlaqələr hələ Osmanlı dövründə başlayıb və ötən əsrin 90-cı illərindən etibarən sürətlə inkişaf edir" - deyə, o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti