...

Çoxmənzilli binaların saxlanması və xidmət taarifləri dəqiqləşməlidir - Komitə sədri

Cəmiyyət Materials 1 Fevral 2022 12:00 (UTC +04:00)
Çoxmənzilli binaların saxlanması və xidmət taarifləri dəqiqləşməlidir - Komitə sədri

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda çoxmənzilli binaların saxlanması və xidmət taarifləri dəqiqləşməlidir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.

Millət vəkili qeyd edib ki, bəzi binalarda xidmət haqqı 1 kvadratmetrə görə 30 qəpikdən 1 manata qədər, bəzən isə 1 manatdan yuxarı olur.

“Bu taariflərin nəyin əsasında müəyyən edildiyi məlum deyil. Qanunvericilikdə bu məsələyə aydınlıq gətirilməlidir. Taariflərin müəyyən edilməsinin normaları təyin edilməlidir və xidmətin keyfiyyəti yoxlanılmalıdır” - deyə M.Quliyev bildirib.

M.Quliyev həmçinin mənzil istismar sahələrinin funksiyalarının genişləndirilməsini və onların bələdiyyələrin tərkibinə verilməsini təklif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti