...

Xaçmazdan olan Aprel şəhidi (FOTO)

Cəmiyyət Materials 4 Aprel 2022 14:28 (UTC +04:00)
Xaçmazdan olan Aprel şəhidi (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Elvin Sədrəddin oğlu Qayıbov 1989-cu ilin dekabr ayının 26-da Xaçmaz rayonunun Əbilyataq kəndində anadan olub.

Trend xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin çavuşu olan Elvin Qayıbov 2016-cı ildə aprel ayının 4-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına həlak olub, aprel ayının 5-də isə yaşadığı Xaçmaz rayonunun Əbilyataq kəndində torpağa tapşırılıb.

Elvin Qayıbov ölümündən sonra tankçı kimi göstərdiyi şücaət və qəhrəmanlığına görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə "3-cü dərəcəli medalı ilə təltif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti