...

İkinci “Yüksəliş” müsabiqəsinin ilk sınaq imtahanı keçirilib

Cəmiyyət Materials 16 Aprel 2022 18:12 (UTC +04:00)
İkinci “Yüksəliş” müsabiqəsinin ilk sınaq imtahanı keçirilib

Bakı. Trend:

Aprelin 16-da "Yüksəliş" müsabiqəsinin Ümumi biliklər üzrə Onlayn mərhələsinin sınaq imtahanı keçirilib. İştirakçıların istənilən məkandan onlayn formada qatıldıqları imtahan 11:00 və 15:00 olmaqla, iki sessiyada təşkil edilib.

Sual nümunələri və imtahan sistemi ilə tanışlıq məqsədi daşıyan onlayn mərhələnin ilk sınaq imtahanında 5882 iştirakçı iki sessiyada sualları cavablandırıb. Suallar Azərbaycan və dünya ölkələri üzrə tarix, coğrafiya, ədəbiyyat və mədəniyyət, həmçinin hüquq və iqtisadiyyat sahələri, müasir trendlər olmaqla 4 blok üzrə aparılıb. Hər blok üzrə 25 dəqiqə, toplamda isə imtahan üçün 2 saat vaxt ayrılıb. "Yüksəliş" müsabiqəsi ilə bağlı yaradılmış Çağrı Mərkəzi, sosial şəbəkələr və elektron poçt vasitəsilə müraciətlər cavablandırılaraq, iştirakçılara dəstək göstərilib. Ümumi biliklər üzrə Onlayn mərhələnin əsas imtahanı yaxın vaxtlarda təşkil ediləcək. Qeyd edək ki, ikinci “Yüksəliş” müsabiqəsində iştirak üçün 12299 namizəd müraciət edib. Onlardan 12253-ü Onlayn mərhələdə iştirak haqqı qazanıb.

“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət xadimlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti