...

Hesablama Palatasının hesabatı parlamentin plenar iclasına tövsiyə edilib

Cəmiyyət Materials 20 Aprel 2022 13:38 (UTC +04:00)
Hesablama Palatasının hesabatı parlamentin plenar iclasına tövsiyə edilib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

“Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” hesabat Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Trend-in məlumatına görə, hesabat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.

2021-ci ildə Hesablama Palatasının audit və analitik fəaliyyəti hesabına 44 kənar dövlət maliyyə nəzarəti həyata keçirilib.

Sənədə əsasən, bunun 32 %-də nəzarət tədbiri ilk dəfə baş tutub. Nəzarət tədbirinin əhatə etdiyi orqanlardan 3-ü ali kateqoriya dövlət orqanı, 8-i mərkəzi cra hakimiyyəti orqanı və 1-i digər dövlət orqanı, 7-si publik hüquqi şəxs, 7-si dövlət mülkiyyətində olan və dövlətin səhmi (payı) olan müəssisə, 3-ü elm müəssisəsi, digərləri isə mərkəzi icra hakimiyyəti orqanının tabeliyində olan təşkilatlar və müxtəlif təşkilati-hüquqi formaya malik qurumlar olub.

Müzakirələrdən sonra hesabat plenar iclasa tövsiyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti