...

Ötən il övladlığa verilən uşaqların sayı açıqlanıb

Cəmiyyət Materials 11 May 2022 11:53 (UTC +04:00)
Ötən il övladlığa verilən uşaqların sayı açıqlanıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il ölkədə 114 uşaq (56 oğlan, 58 qız) övladlığa verilib ki, onlardan hər birini Azərbaycan vətəndaşları övladlığa götürüb.

Trend-in məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2021-ci il üzrə hesabatında qeyd edilib.

Bildirilib ki, övladlığa götürülən uşaqlardan 26 uşaq müəssisədən, 63 uşaq yaxın qohumları tərəfindən, 19 uşaq ögey ata-ana tərəfindən və 6 uşaq isə valideynlərarası razılıq əsasında övladlığa götürülənlərdir.

Uçota alınmış valideyn himayəsindən məhrum olan uşaqların ümumi sayı 1 563 nəfər (944 oğlan, 619 qız) təşkil edib ki, onlardan 1248-i sağlam, 315-i isə sağlamlıq imkanları məhdud uşaqlar olub. Hesabat dövründə həmin müəssisələrdə valideyn himayəsindən məhrum olmuş 362 uşaq (218 oğlan, 144 qız) uçota alınıb, onlardan 306-sı sağlam, 56-sı isə sağlamlıq imkanları məhdud uşaqlar olub. Reinteqrasiya tədbirləri nəticəsində 89 uşaq ailələrinə qaytarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti