...

Valideyn himayəsindən məhrum uşaqlar 265 manat məbləğində kompensasiya ala biləcəklər

Cəmiyyət Materials 10 İyun 2022 20:24 (UTC +04:00)
Valideyn himayəsindən məhrum uşaqlar 265 manat məbləğində kompensasiya ala biləcəklər

Bakı. Trend:

Nazirlər Kabineti “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Qərarında dəyişiklik edib.

Trend xəbər verir ki, dəyişikliyə əsasən, Qərarın 2-ci hissənin ikinci və üçüncü abzaslarından “dövlət” sözü çıxarılır, dördüncü abzasında “uşaqlar” sözündən sonra “, habelə onların arasından olan şəxslər” sözləri, “avadanlıqla” sözündən sonra “və ya öz arzularına əsasən, 265 manat məbləğində pul kompensasiyası ilə” sözləri əlavə edilir.

Beləliklə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar ilk dəfə işə düzələn zaman nəzərdə tutulmuş normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar, avadanlıq və ya öz arzularına əsasən, 265 manat məbləğində pul kompensasiyası ilə təmin olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti