...

Pensiyaçılar üçün yaşayış minimumu artırılacaq

Cəmiyyət Materials 1 Noyabr 2022 15:49 (UTC +04:00)
Pensiyaçılar üçün yaşayış minimumu artırılacaq
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Növbəti il üzrə pensiyaçılar üçün yaşayış minimumu 23 manat və ya 13,1% artırılaraq 199 manat məbləğində nəzərdə tutulub ki, bu da minimum pensiyadan 41 manat az və ya göstəricinin 82,9%-i həcmindədir.

Trend-in məlumatına görə, bu barədə Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il üçün büdcə layihəsinə bu gün dərc edilən rəyində deyilir.

Qeyd edək ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə əsasən növbəti ilin 01 yanvar tarixindən ehtiyac meyarının həddi 246 manat olaraq təklif edilir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ehtiyac meyarı ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün müəyyən edilən göstəricidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti