Bakı. Trend:
Gələn il sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırılması tədbirləri üzrə 22,5 milyon manat xərclənməsi nəzərdə tutulur.
Trend-in məlumatına görə, bu barədə Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il üçün büdcə layihəsinə bu gün dərc edilən rəyində deyilir.
Növbəti ildə Fondun xərcləri gəlirlərinə bərabər tutulmaqla cari ilin təsdiq edilmiş proqnoz göstəricisindən 657,7 mln. manat və ya 11,7%, gözlənilən icrasından isə 927,3 mln. manat və ya 17,4% çox nəzərdə tutulub.
Ümumilikdə, növbəti il Fondun cəmi xərcləri 6 milyard 263,97 milyon manat məbləğində proqnozlaşdırılır.