...

Bölgələrdə həkim çatışmazlığının aradan qaldırılması üçün islahatlar aparılır - Vüqar Qurbanov

Cəmiyyət Materials 20 Dekabr 2022 12:26 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bölgələrdə fəaliyyət göstərən tibb müəssisələrində kadr çatışmazlığının aradan qaldırılması üçün islahatlar aparılır.

Trend-in məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.

O bildirib ki, bununla bağlı xaricdə təhsil almış Azərbaycan vətəndaşı olan həkimlərin ölkəyə geri qayıtması, Bakı və regionlarda əhaliyə tibbi xidmət göstərmələri üçün addım atılıb: "Bu il 60-a yaxın Türkiyə və digər xarici ölkələrdə təhsil almış azərbaycanlı həkim artıq ölkəmizdə fəaliyyət göstərir. Bu layihə növbəti illərdə də davam edəcək. Regionlarda fəaliyyət göstərən xəstəxanaların vəziyyəti qənaətbəxşdir. Onların yeni avadanlıqlarla təmin olunması davam edir. Kadr çatışmazlığını aradan qaldırmaq üçün də işlər görülür. Bir çox xidmətlər Bakı, Sumqayıt, Gəncədə cəmləşib. Məqsədimiz bu xidmətlərin regionlarda da təqdim edilməsidir".

O bildirib ki, regionlarda kardioloji mərkəzlərin qurulması ilə bağlı layihə bitmək üzrədir: "Yalnız kardioloji deyil, damar problemləri ilə bağlı bölgələr üzrə layihələr hazırlanıb. Bu xidmətlər əhalinin yaşadığı ərazilərə yaxın yerlərdə təqdim ediləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti