...

Daha bir kanal peyklə yayımlanacaq

Cəmiyyət Materials 20 Dekabr 2022 19:16 (UTC +04:00)
Daha bir kanal peyklə yayımlanacaq

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib.

Şuradan Trend-ə verilən məlumata görə, iclasda platforma yayımçısı lisenziyasının alınması məqsədilə "Təhsil TV" MMC tərəfindən Şuraya daxil olmuş müraciətə baxılıb. Müzakirələrdən sonra "Təhsil TV" MMC-yə (televiziya redaksiyasının adı: "Təhsil TV") peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasının verilməsi barədə qərar qəbul edilib.

İclasda, həmçinin, ümumölkə yerüstü radio yayımçısı olan "NHR" MMC-nin "Yurd FM" radio redaksiyasının proqramlarının yayım zonasının genişləndirilməsi məqsədilə Daşkəsən rayonu ərazisində yerləşən "Daşkəsən" RTYS-dan 96,9 MHs, Lerik rayonu ərazisində yerləşən "Lerik" RTYS-dan 94,7 MHs, Astara rayonu ərazisində yerləşən "Astara" RTYS-dan 97,5 MHs radiotezliklərinin "NHR" MMC-nin istifadəsinə ayrılması barədə qərar qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti