...

Azərbaycanda son sutkada 90 nəfər COVID-19-a yoluxub

Cəmiyyət Materials 31 Dekabr 2022 20:00 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 90 yeni yoluxma faktı qeydə alınıb, 67 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 826 401 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 815 875 nəfər müalicə olunaraq sağalıb, 10 008 nəfər vəfat edib, aktiv xəstə sayı 518 nəfərdir.

Ölkədə son sutka ərzində 1779, hazırkı dövrədək isə 7 430 759 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti