...

Qarlı hava ilə əlaqədar məktəblərdə davamiyyət aşağı düşüb

Cəmiyyət Materials 9 Yanvar 2023 09:15 (UTC +04:00)
Qarlı hava ilə əlaqədar məktəblərdə davamiyyət aşağı düşüb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qarlı hava şəraiti ilə əlaqədar Bakıda yüksək ərazilərdə fəaliyyət göstərən ümumi təhsil məktəblərində şagirdlərin dərsə davamiyyət göstəricisi digər günlərə nisbətən qismən aşağı düşüb.

Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar paytaxtdakı ümumi təhsil müəssisələrinin normal fəaliyyətinin təmin olunmasına diqqət daha da artırılıb. Bu istiqamətdə müvafiq qurumlarla əlaqələr gücləndirilib. Təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin, təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılan əsas amillərdəndir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti