...

Ramazan bayramı ilə bağlı məktəblərdə tətil günləri açıqlanıb

Cəmiyyət Materials 18 Aprel 2023 15:19 (UTC +04:00)
Ramazan bayramı ilə bağlı məktəblərdə tətil günləri açıqlanıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri açıqlanıb.

Elm və Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlər Kabinetinin müvafiq qərarına əsasən 2023-cü il aprel ayının 21, 22-si Ramazan bayramı günləri müəyyən edilib. Bu səbəbdən Əmək Məcəlləsinə uyğun olaraq, 2023-cü il aprel ayının 21-24-ü iş günləri hesab edilmir.

Həmin qərara əsasən beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində bu həftə son iş günü 20 aprel, bayramdan sonra ilk iş günü 25 apreldir. Altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində isə bu həftə son iş günü 20 aprel, bayramdan sonra ilk iş günü 24 aprel tarixləridir.

Qeyd edək ki, bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti