...

Qida sahəsində fəaliyyət göstərən 8 müəssisədə nöqsanlar aşkar olunub

Cəmiyyət Materials 14 İyul 2023 06:07 (UTC +04:00)
Qida sahəsində fəaliyyət göstərən 8 müəssisədə nöqsanlar aşkar olunub
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Trend-ə verilən məlumata görə, iyulun 12-də respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 16 ticarət müəssisəsi, o cümlədən 3 aptek və 5 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 8 müəssisədə nöqsanlar aşkar olunub.

Həmin müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 6, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 7, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 3 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr haqqında link vasitəsilə məlumat almaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti