...

Mingəçevir su anbarında batan 2 nəfərin meyiti tapılıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 4 Avqust 2023 22:05 (UTC +04:00)
Mingəçevir su anbarında batan 2 nəfərin meyiti tapılıb (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Avqustun 4-də Mingəçevir su anbarında 2 nəfərin batması ilə əlaqədar aparılan axtarış işləri yekunlaşıb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

"Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində batan hər iki şəxsin meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib", - deyə FHN-dən bildirilib.

XXX

19:47

Mingəçevir şəhərində Mingəçevir su anbarında 2 nəfər batıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Həyata keçirilən axtarış tədbirləri nəticəsində su anbarında batanlardan birinin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Axtarışlar davam etdirilir.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti