...

Culfada evdən 6 min manatlıq qızıl oğurlandı

Cəmiyyət Materials 7 Avqust 2023 11:28 (UTC +04:00)
Culfada evdən 6 min manatlıq qızıl oğurlandı

Bakı. Trend:

Culfada evlərdən birindən 6 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, avqustun 2-də Culfa şəhərindəki evlərin birindən 6000 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Culfa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəhər sakinləri Azər Səfərov, Vasif Həşimov və Kamran Əliyev müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti